"Srvena Zvezda"nın yeni baş məşqçisi məlum oldu - RƏSMİ
“Srvena Zvezda”nın yeni baş məşqçisi məlum olub.
Msport.az xəbər verir ki, Albert Riera Belqrad klubunun sükanı arxasına keçib. Onunla 2028-ci lin iyununa kimi müqavilə imzalanıb.
İspaniyalı mütəxəssis istefaya göndərilmiş Deyan Stankoviçi əvəzləyib. Qeyd edək ki, Stankoviç “Srvena Zvezda” Çempionlar Liqasının III təsnifat mərhələsində “Hapoel Beer Şeva”ya uduzduqdan sonra postundan uzaqlaşdırılmışdı.
Riera indiyə qədər “Selye” (Sloveniya) və “Ayntraxt Frankfurt” (Almaniya) komandalarında işləyib. “







