Stounza A Seriyasından müştəri
“Yuventus” ingiltərəli futbolçu Con Stounzu heyətinə qatmaq istəyir.
Msport.az xəbər verir ki, Turin təmsilçisi 31 yaşlı müdafiəçini azad agent kimi transfer etmək niyyətindədir.
Oyunçunun cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı gözlənilir. Onunla Premyer Liqanın iki klubu da yaxından maraqlanır.
Qeyd edək ki, 2016-cı ildən “Mançester Siti”də çıxış edən Con Stounz 292 oyunda 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.







