Sülh mükafatının ləğvi üçün çağırış
Norveç Futbol Assosiasiyasının prezidenti Lize Klaveness FIFA-ya çağırış edib.
Msport.az xəbər verir ki, o, qurumu sülh mükafatını ləğv etməyə səsləyib və bunun siyasi mübahisələrə yol açdığını bildirib.
Klaveness hesab edir ki, belə mükafatların verilməsi FİFA-nın səlahiyyətinə aid deyil və bu, Nobel İnstitutunun işi olmalıdır.
Qeyd edək ki, məsələ FİFA-nın ötən il Donald Trampa verdiyi mükafatdan sonra gündəmə gəlib.







