"Sumqayıt" 32 yaşlı futbolçunun müqaviləsini daha 2 il uzatdı
İndidən yeni mövsümün planlarını quran “Sumqayıt” transfer çalışmalarına başlayıb. Msport.az xəbər verir ki, Vaqif Cavadovun rəhbərlik etdiyi komanda Roi Kehatla müqavilənin müddətini uzadıb.
İsrailli yarımmüdafiəçinin müqaviləsinin müddəti daha 2 il artırılıb.
2023-2024-cü illər mövsümündən “Sumqayıt”da çıxış edən 32 yaşlı futbolçu 69 oyunda meydana çıxıb. O, bu görüşlərdə 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.