featured-image-61558

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilir. Msport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq. “Sumqayıt” öz meydanında “Zirə” ilə qarşılaşacaq.

Kuboku da nəzərə alsaq, Vaqif Cavadovun komandası 7 oyundur qol vura bilmir. “Sumqayıt” sonuncu dəfə dekabrın 8-də “Neftçi” ilə görüşdə rəqib qapısına yol tapıb.

Turun digər oyunları fevralın 16 və 17-də olacaq.

Azərbaycan Premyer Liqası

3-cü dövrə, 23-cü tur

15 fevral

19:00. “Sumqayıt” – “Zirə”
Hakimlər:
 Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16 fevral 

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

19:00. “Neftçi” – “Qarabağ”

17 fevral 

16:00. “Kəpəz” – “Şamaxı”

19:00. “Səbail” – “Sabah”

Bənzər xəbərlər