“Sumqayıt”da növbəti ayrılıq
“Sumqayıt”da daha bir ayrılıq reallaşıb.
Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Cordan Rezabala “gənclik şəhəri” təmsilçisi ilə sağollaşıb.
Müqavilə müddəti başa çatan ekvadorlu yarımmüdafiəçi ilə yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, “Sumqayıt” bir neçə gün əvvəl Kristian Velinovski və Nikola Vuynoviçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.