featured-image-39033

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.

90+4-cü dəqiqədə meydan sahiblərinin heyətində Yuri Matias ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bir dəqiqə sonra “Sabah”dan Boyan Letiç qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra “ağ-qaralar” 15 xalla beşinci pillədə qalıb. “Bayquşlar” isə 13 xalla səkkizincidir.

Qeyd edək ki, günün ilk görüşündə “Sumqayıt” “Qəbələ” ilə qolsuz heç-heçəyə razılaşıb. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

_______________________

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ilk matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edib.

“Kapital Bank Arena”dakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən “gənclik şəhəri” təmsilçisi 15 xalla 7-ci, “qırmızı-qaralar” 8 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər görüşündə “Neftçi” “Sabah”ı qəbul edəcək. XI tura sabah “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

_________________

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu baş tutacaq.

Msport.az xəbər verir ki, “Sumqayıt” “Qəbələ”ni sınağa çəkəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 14 xalla 7-ci, “qırmızı-qaralar” 7 xalla 9-cu pillədədir.

Mərkəzi marçda isə “Neftçi” və “Sabah”ı qəbul edəcək. “Neftçi Arena”dakı matç isə saat 18:30-da olacaq. “Ağ-qaralar” 15 xalla 5-ci, “Sabah” isə 10 xalla 8-ci sıradadır.

29 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Qəbələ” 0:0
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”

18:30. “Neftçi” – “Sabah” 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”

Qeyd edək ki, XI tura sabah reallaşacaq “Araz-Naxçıvan” – “Qarabağ” oyunu ilə yekun vurulacaq. Əvvəlki qarşılaşmalarda “Turan Tovuz” “Kəpəz”i 4 cavabsız qolla üstələyib. “Zirə” – “Səbail” matçında isə qalib müəyyənləşməyib – 2:2.

Bənzər xəbərlər