"Zirə" "Neftçi" ilə heç-heçə etdi, Sumqayıtda qol vurulmadı - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tur start götürüb.
Msport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Turun ilk oyunu Sumqayıtda keçirilib. “Sumqayıt” doğma publika önündə “Turan-Tovuz”la üz-üzə gəlib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Turun mərkəzi oyunu olan “Zirə” – “Neftçi” qarşılaşması da bu gün keçirilib. Zirədə keçirilən matçda “Zirə” qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmləndirməyə, “Neftçi” isə əvvəlki turda “Araz-Naxçıvan”a məğlubiyyəti unutdurmağa çalışıb. Amma tərəflər yekunda meydandan 1 xalla ayrılıblar.
Turun qalan oyunları sabah və birigün keçiriləcək
Azərbaycan Premyer Liqası, 7-ci tur
23 sentyabr (şənbə)
18:00. “Sumqayıt” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı
“Kapital Bank Arena”
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Aliev, 9. Erik Sorqa
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 12. Abu Dosso, 18. Kristian Velinovski, 71. Masaki Murata, 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 60. Səbayıl Bağırov, 8. Piruzi Marakvelidze, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
20:30. “Zirə” – “Neftçi” 1:1
Qollar: Məqsəd İsayev, 44-pen. – Yuri Matias, 22
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev
Zirə OİK stadionu
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 25. Aaron Olanare, 99. Ervin Koffi
Baş məşqçi: Adrian Mutu







