featured-image-4905

Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

Msport.az xəbər verir ki, “İstanbulspor” əsas çempionata vəsiqəni təmin edib.

Komanda pley-off mərhələsinin finalında “Bandırmaspor”u 2:1 hesabı ilə məğlub edib.

Daha əvvəl “Ankaragücü” və “Ümraniyəspor” da Super Liqaya vəsiqə əldə etmişdi. Bu üç komanda 2021/22 mövsümünün yekununa görə elitanı tərk edən “Rizəspor”, “Altay”, “Göztəpə” və “Yeni Malatyaspor”u əvəz edəcəklər. Növbəti mövsümdən Super Liqada 20 yox, 19 komanda mübarizə aparacaq.

Bənzər xəbərlər