"Sürix"in Bakıya səfəri neçəyə başa gələcək?
“Sürix”in Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la oyun üçün Bakıya gələcəyi tarix məlum olub.
Msport.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu Azərbaycana bazar günü səhər çarter reysi ilə yola düşəcək. Bunun üçün “Sürix” 200 000 franka (204.703 ABŞ dolları) təyyarə icarəyə götürüb.







