featured-image-1438

Mançester Siti”nin ukraynalı futbolçusu Aleksandr Ziçenko rusiyalı dost və tanışları ilə münasibətindən danışıb.

Msport.az xəbər verir ki, müdafiəçi “The Guardian”a açıqlamasında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rus dostlarının azaldığını deyib:

“Mənim Rusiyada dostlarım, kiçik bir çevrəm var. Amma indi bu, demək olar ki, sıfıra enib. Mən çox məyus oldum. Müharibə yeni başlayanda dostlarım mənə zəng vurur, mesaj yazırdılar. Onlar deyirdilər: “Çox üzr istəyirik, amma əlimizdən heç nə gəlmir”. Amma susursansa, bu, o deməkdir ki, Ukraynaya edilən hərbi müdaxiləni dəstəkləyirsən. Niyə belə edirlər, bunu başa düşə bilmirəm. Yəqin ki, sosial şəbəkələrdə rusların etirazlara görə həbsxanaya aparıldığı fotoları gördükləri üçün qorxurlar. Amma futbolçulara və ya böyük auditoriyaya malik insanlara baxın. Sizcə, onlardan biri İnstaqramda “Uşaqlar, biz müharibənin əleyhinəyik, onu dayandırmalıyıq” sözlərini yazsa, həbs olunarlar? Təbii ki, yox. Sadəcə onların heç nə deməməsi ayıbdır”.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə edib. Hazırda iki ölkə arasında müharibə davam edir.

Bənzər xəbərlər