Sxadadzenin milli “oyun”u – AFFA gürcü mütəxəssislə danışıq aparmır
“İnter”in (indiki “Şamaxı”) sabiq baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Msport.az saytının əldə etdiyi məlumata görə, AFFA gürcüstanlı mütəxəssislə heç bir danışıq aparmır.
Bu menecerlər tərəfindən ortaya atılmış xəbərdir. Ümumiyyətlə, Kaxa çoxdan Azərbaycana gəlmək istəyir. Vaxtilə “Sumqayıt”ın başına keçmək üçün də əldən-ayaqdan gedirdi.
Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis ötən ayın sonunda müqaviləsi başa çatdığı üçün yığmadan ayrılıb.