featured-image-40745

“İnter”in (indiki “Şamaxı”) sabiq baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan millisinin sükanı arxasına keçə biləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Gürcüstanlı mütəxəssis Msport.az saytına eksklüziv açıqlamasında AFFA ilə danışıqlar aparmadığını söyləyib.

55 yaşlı çalışdırıcının sözlərinə görə, milli assosiasiyadan heç kimlə bu barədə danışığı olmayıb: “Amma namizədlər arasında adımın da yer alması mənim üçün şərəfdir”.

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis ötən ayın sonunda müqaviləsi başa çatdığı üçün yığmadan ayrılıb.

Bənzər xəbərlər