featured-image-15122

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan siyasətə qoşulub.

Msport.az xəbər verir ki, keçmiş futbol agenti keçmiş sosial demokratlar Kodrin Stefanesku və Liviu Draqneanın qurduğu Vətən Naminə Alyans (APP) partiyasına üzv olub.

Qadınların hüquqlarının müdafiəsi ilə məşğul olacağını bildirən Prodan Regekampfla məlum qalmaqaldan sonra bu addımı atıb.

Qeyd edək ki, Anamariya Prodan bir müddət öncə Buxarestdəki evində 4Laurentsiu Regekampfın fiziki zorakılığına məruz qalıb. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub. Hüquq mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.

Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.

Bənzər xəbərlər