Tanınmış qapıçı karyerasını başa vurdu
“Brügge”nin qapıçısı Simon Minyole karyerasını başa vurduğunu elan edib.
Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belçika millisinin və “Liverpul”un (İngiltərə) sabiq qolkiperi karyerasını məhz “Brügge”də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib. Minyole Belçika millisinin heyətində 35 matça çıxıb və 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, təcrübəli qolkiper 2019-cu ildə İngiltərənin “Liverpul” klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, “Brügge”nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubok qazanıb.







