featured-image-2781
“Mən baş verənləri izah edə bilmir, deməyə söz tapmıram”. Msport.az xəbər verir ki, bu sözləri “Real”ın futbolçusu Rodriqo deyib.
Çempionlar Liqasının yarımfinal mərhələsinin (3:1, ilk oyun 3:4) cavab matçında 21 yaşlı vinger komandasının qəhrəmanına çevrilib. 68-ci dəqiqədə Toni Kroosun əvəzinə meydana daxil olan braziliyalı 90-cı dəqiqədə hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə isə daha bir qol vurmaqla oyunu əlavə vaxta daşıyıb. 95-ci dəqidə Kərim Benzema penalti ilə matçda son nöqtəni qoyub – 3:1.
Bununla da “Real” finala yüksəlib.
Rodriqo görüşdən sonra həmçinin deyib: “Tanrı üzümə baxıb dedi: bu gün sənin günündür”.

Bənzər xəbərlər