Tarixi foto: Qurban Qurbanovun son oyunu, Musa Qurbanlının uşaqlığı
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qurban Qurbanovla birlikdə maraqlı fotosunu paylaşıb.
Msport.az xəbər verir ki, foto 2006-cı ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Qurbanovun vida matçı zamanı çəkilib.
Həmin görüşdə R.Sadıqov “Qarabağ”ın baş məşqçisi ilə eyni komandada oynayıb. Rəqib isə Azərbaycanda çıxış edən legionerlərin komandası olub. Qurban Qurbanovun qucağında isə o vaxt 4 yaşı olan oğlu Musa Qurbanlıdır.
Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov da fotoda yer alanlar arasındadır.







