featured-image-81179

Hücumçu Yann Diomandenin “Leypsiq”dən “Real”a transferi dünən rəsmi olaraq açıqlanıb.

Msport.az xəbər verir ki, o, bununla tarixin ən bahalı afrikalı futbolçusu olub.

Diomandenin dəyəri 144 milyon dollardır. Kot-d’İvuar millisinin üzvü bu reytinqə böyük fərqlə başçılıq edir. Əvvəlki rekordçu 2019-cu ildə “Lill”dən “Arsenal”a 92 milyon dollara keçən Nikolas Pepe idi.

Üçüncü yerdə Viktor Osimhenin “Lill”dən “Napoli”yə transferi (91 milyon dollar) qərarlaşıb. Növbəti sırada Omar Marmuş (“Ayntraxt Frankfurt”dan “Mançester Siti”yə, 87 milyon dollar), Bryan Mbemo (“Brentford”dan “Mançester Yunayted”ə, 87 milyon dollar), Osimhenin “Napoli”dən “Qalatasaray”a transferi (87 milyon dollar), Antuan Semenyo (“Bornmut”dan “Mançester Siti”yə, 83 milyon dollar), Achraf Hakimi (“İnter”dən PSJ-yə, 78 milyon dollar) və Riyad Marez (“Lester Siti”dən “Mançester Siti”yə, 78 milyon dollar) gəlir.

İlk 10-luğu Məhəmməd Kudus (“Vest Hem”dən “Tottenhem”ə, 74 milyon dollar) və Pyer-Emerik Obameyanq (“Borussiya Dortmund”dan “Arsenal”a, 74 milyon dollar) tamamlayır.

Bənzər xəbərlər