featured-image-77400

Türkiyə Superliqasının 31-ci turunda “Qalatasaray”a məğlub olan “Fənərbağça”da baş məşqçi Domeniko Tedeskonun gələcəyi sual altına düşüb.

Msport.az xəbər verir ki, “sarı-lacivərdli” tərəfdarlar darmadağından sonra gənc mütəxəssisin istefasını tələb ediblər.

“Rams Park”da keçirilən və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra həm stadionda, həm də sosial şəbəkələrdə Tedeskoya qarşı böyük etiraz başlayıb. Turnir cədvəlində rəqibindən yeddi xal geri düşən İstanbul təmsilçisinin azarkeşləri komandanın nümayiş etdirdiyi oyundan narazı olduqlarını bildiriblər.

Azarkeşlər italyan məşqçinin vəzifəsindən ayrılmasının zəruriliyini vurğulayaraq klub rəhbərliyinə çağırış ediblər.

Bənzər xəbərlər