Tedeskonun yeni klubu məlum oldu
“Fənərbaxça”nın sabiq baş məşqçisi Domeniko Tedeskonun yeni iş yeri məlum olub.
Msport.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio paylaşım edib.
İstanbul klubundan mövsümün başa çatmasına 3 tur qalmış istefaya göndərilən 40 yaşlı mütəxəssis İtaliyada işləyəcək.
Onun bu gün “Boloniya” ilə müqavilə bağlaması gözlənilir. Vinçenzo İtalyano ilə yollarını ayıran İtaliya klubu Tedeskonu baş məşqçi postuna gətirir. “Bolonya” başa çatan mövsüm 58 xalla İtaliya A seriyasında 8-ci yeri tutub.
Tedesko karyerası ərzində “Fənər”dən başqa, “Şalke”, “Spartak”, “Leyptsiq” kimi klubları və Belçika millisini çalışdırıb.







