featured-image-79319

İspaniya millisinin futbolçusu Lamin Yamal dünya çempionatındakı jurnalistlərin işini tənqid edib.

Msport.az xəbər verir ki, 18 yaşlı vinger Kapo Verde ilə oyundan (0:0) sonra gələn tənqidlərə cavab verib:

“Mən bir qənaətə gəlmişəm: siz jurnalistlər, öz işinizi başa vurmağa çox tələsirsiz. Hələ birinci gündür, İspaniya və Portuqaliya 1 xal qazanıb. Argentina və Fransa isə qalib gəlib və siz fikirləşirsiniz ki, bu iki komanda finala çıxacaq. Bu hələ dünya çempionatının ilk günüdür. Mən bunu başa düşə bilmirəm. Dünya çempionatının oyunlarından həzz almaq əvəzinə siz tələsik nəticələr çıxarırsınız. İyulun 19-a qədər bilməyəcəksiniz, kim qalib gələcək, siz isə bunu bu gün bilmək istəyirsiniz.

Sizin üçün İspaniya millisi dəhşətli görünür. Amma futbolu həqiqətən anlayanlar üçün yox”.

 

Bənzər xəbərlər