featured-image-82525

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda qonaqların qapısına verilən penalti ilə bağlı Qərb təmsilçisi bəyanat yayıb.

Msport.az xəbər verir ki, VAR hakimi Kamal Umudlu referi Elçin Məsiyevi epizodu izləməyə dəvət etsə də, o, qərarını dəyişməyib.

“Turan Tovuz”un bəyanatında deyilir:

“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.

“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!

Bənzər xəbərlər