featured-image-3268

“Mançester Yunayted”in gələcək baş məşqçisi Erik ten Haq mövsümöncəsi təlim-məşq toplanışına 2 həftə tez başlamaq niyyətindədir.

Msport.az “Mirror”a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin fikrincə “M.Y” futbolçularının onun oyun stilinə uyğunlaşmaları üçün əlavə məşqə ehtiyacları var.

“Qırmızı şeytanlar” yeni mövsümdən əvvəl iyulun 4-də (İngiltərə Premyer Liqası startından bir ay öncə) hazırlığa başlamalı idilər. Ancaq ten Haq futbolçuların tətilini azaldaraq, iyunun 20-dən məşqlərə başlamaq istəyir.

Xatırladaq ki, Erik ten Haq mövsüm başa çatdıqdan sonra “Mançester Yunayted”in sükanı arxasına keçəcək. O, bu postda Ralf Ranqniki əvəzləyəcək.

Bənzər xəbərlər