featured-image-5939

Kri.tiano Ronaldo bu yay “Mançester Yunayted”i tərk edə bilər. Msport.az “La Repubblica”ya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu komandanın yeni baş məşqçisi Erik Ten Haqın taktiki sistemlərinə uyğun gəlmir.

“Roma” klubu iki portuqaliyalı – Ronaldo ilə Joze Mourinyonun birgə fəaliyyətini arzulayır. İtaliya klubunun problemi “maliyyə feyr-pley”i ilə bağlıdır. Paytaxt təmsilçisi “7 nömrə”nin əməkhaqqısını ödəməyə çətinlik çəkə bilər.

Ronaldo ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 38 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər