featured-image-2524

Yeni mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Erk ten Haqın ilk edəcəyi transfer məlum olub. Msport.az “Mirror”a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Feyenoord”un müdafiəçisi Tirell Malasianı komandasına dəvət edib.

Rotterdam klubu 22 yaşlı futbolçunu yayda 24 milyon avroya satmağa razılıq verib. Bu mövsüm Malasia bütün turnirlərdə 46 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Feyenoord”la müqaviləsi 2024-cü ildə başa çatır.

Malasia 2021-ci ilin sentyabrında Niderland millisində debüt edib. O vaxtdan bu yana müdafiəçi yığmada 3 oyun keçirib.

Bənzər xəbərlər