featured-image-4979

“Mançester Yunayted”, “Mançester Siti”, “Yuventus” və Argentina millisinin sabiq hücumçusu Karlos Teves karyerasını başa vurduğunu açıqlayıb. Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, 38 yaşlı forvard etiraf edib ki, onu böyüdən ögey atası Sequndo Raymundonun ölümündən sonra futbol oynaya bilmir. Raymundo ötən ilin fevralında koronavirusdan vəfat edib.

“Mən rəsmən karyeramı başa vurdum. Mənə ABŞ da daxil olmaqla bir çox yerdən təkliflər var  idi. Lakin artıq bəsdir, futbola verə bildiyim hər şeyi verdim.

Ötən il oynamaq çox çətin idi. Futbolla ona görə vidalaşıram ki, əsas fanatımı itirdim”.

Teves sonuncu dəfə 2021-ci ildə “Boka Xuniors”da çıxış etmişdi.

Bənzər xəbərlər