Tevesi Sampaoli əvəzlədi
Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni iş yeri bəlli olub.
Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Talyeres” komandasının “sükanı arxasına” keçib.
O, bu postda Karlos Tevesi əvəzləyib.
Qeyd edək ki, Xorxe Sampaoli 2017-2018-ci illərdə Argentina yığmasında işləyib. O, daha əvvəl “Renn”, “Flamenqo”, “Sevilya”, “Marsel” klublarında da çalışıb.







