featured-image-1801

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu turdan təxirə salınmış daha bir oyun keçirilib.

Msport.az xəbər verir ki, bu gün autsayderlər qrupunda qərarlaşan “Bernli” doğma meydanda “Sauthempton”la qarşılaşıb.

Meydan sahibləri bu oyunda 2 cavabsız qolla qalib gəliblər. Bu qələbədən sonra xalını 28-ə çatdıran “Bernli” 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. “Sauthempton” isə 39 xalla 13-cüdür.

İngiltərə Premyer Liqası
30-cu turun oyunu
21 aprel

Bernli – Sauthempton 2:0
Qol: Roberts, 12. Kollinz, 44.

Bənzər xəbərlər