featured-image-7075
“Bayern Münhen”dən ayrılan Korentin Tolissonun yeni klubu müəyyənləşib. Msport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Fransanın “Olimpik” (Lion) klubu ilə 5 illik müqavilə imzalayıb.
Tolisso 2017-ci ilin yayında məhz bu klubdan “Bayern”ə keçmişdi. O, 5 dəfə Almaniya çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. O, “Bayern”də 118 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər