featured-image-70865

“Çelsi”nin sabiq baş məşqçisi Qrem Potter İsveç millisinin yeni baş məşqçisi olub.

Msport.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Potter bu vəzifədə uğursuz çıxışa görə postunu tərk edən Yon Dal Tomassonu əvəzləyib. İsveç yığması artıq 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şansını itirib.

Qeyd edək ki, Qrem Potter 2011–2018-ci illərdə İsveçin “Östersund” klubuna rəhbərlik edib və komanda ilə ölkə kubokunu qazanıb. İngiltərəli mütəxəssis həmçinin “Suonsi”, “Brayton”, “Vest Hem” və “Çelsi” kimi klublarda da çalışıb.

Bənzər xəbərlər