featured-image-70320

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın TOP-5 liqasında ən yaşlı komandanı açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıya İtaliya çempionu “Napoli” başçılıq edir.

Klubun futbolçularının orta yaşı 29,56 olaraq göstərilib. “Beşlik”dəki ən yaşlı digər komandalar isə belədir:

 

“Rayo Valyekano” – 29,5 yaş

“İnter” – 29,35 yaş

“Ovyedo” – 28,61 yaş

“Osasuna” – 28,57 yaş

 

“Napoli” Antonio Kontenin rəhbərliyi altında A Seriyasının yeni mövsümündə 5 oyundan sonra 12 xal toplayıb və yalnız əlavə göstəricilərə görə turnir cədvəlində lider “Milan”ın gerisində, 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bənzər xəbərlər