Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi
Millimizin və “Qarabağ”ın futbolçusu Toral Bayramov həyat yoldaşı Nəzrin Bayramovaya bahalı jest edib.
Msport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi xanımına “Land Rover” markalı avtomobil alıb.
Bu barədə Bayramova sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımda “İstəyən hər kəsə qismət olsun” şərhini yazıb.
Qeyd edək ki, 2021-ci ildə ailə quran cütlüyün bir qızları var.