Toral oynamadı, “Bursaspor” qalib gəldi
Türkiyə 1-ci liqasında dördüncü turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun çıxış etdiyi “Bursaspor” səfərdə “Kayserispor”la qarşılaşıb.
Görüş Bursa klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Toral bu görüşdə ehtiyatda qalıb. “Bursaspor” bu nəticədən sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.
29 avqust
“Kayserispor” – “Bursaspor” – 1:2
Qollar: F.Həsəni, 31-pen. – K.İheanaço, 58-pen; A.Babacan, 77







