Maksimov “Araz-Naxçıvan”a Ukraynadan futbolçu gətirir
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov komandadakı durumdan məmnun deyil.
Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis qış fasiləsində heyətin ciddi şəkildə gücləndirilməsini istəyir.
Maksimov sonuncu pillədə qərarlaşan komandasını bu durumdan çıxarmağın hazırkı heyətlə çətin olacağını düşünür. Çalışdırıcı hətta mümkündürsə qış fasiləsi yaranmamış da bəzi futbolçuların keçidinə qarşı deyil.
O, yanvarda ölkəsində çıxış edən bir neçə oyunçunun transferində maraqlıdır. Maksimov yalnız bu sayədə komandanı Premyer Liqada saxlayacağına inanır.
Qeyd edək ki, “Araz-Naxçıvan” çempionatın geridə qalan 7 turunda cəmi 2 xal toplayıb.







