featured-image-83596

“Liverpul” müdafiənin sağ cinahını gücləndirmək istəsə də, “Barselona”nın futbolçusu Jül Kundeni transfer etməkdən imtina edə bilər.

Msport.az xəbər verir ki, Mersisayd təmsilçisi fransalı müdafiəçini gələn il heyətinə qatmaq üçün potensial namizədlərdən biri kimi nəzərdən keçirir.

Lakin klubun yekun qərarı hazırda “Barselona”dan icarə əsasında “Liverpul”da çıxış edən Ronald Arauxonun oyunundan asılı olacaq. 27 yaşlı uruqvaylı futbolçu inamlı çıxışını davam etdirərsə, İngiltərə klubunun rəhbərliyi həmin mövqe üçün yeni müdafiəçi axtarışından imtina edə bilər.

Arauxonun icarə müqaviləsində onun birdəfəlik transfer hüququnun alınması imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, Jül Kundenin bazar dəyəri 55 milyon avrodur.

Bənzər xəbərlər