“Tottenhem”dən yeni transfer
İngiltərənin “Tottenhem” klubu heyətinə yeni futbolçu qatıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Brayton”un yarımmüdafiəçisi İves Bissumanı transfer edib.
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Tottenhem” malili oyunçuya görə qarşı tərəfə 25 milyon avro və əlavə olaraq bonuslar ödəyəcək.