“Tottenhem”in sabiq direktoru Qazaxıstan Futbol Federasiyasının baş katibi oldu
Skott Entoni Munn Qazaxıstan Futbol Federasiyasının baş katibi təyin olunub.
Msport.az xəbər verir ki, onunla müqavilənin müddəti 2013-cu il iyulun 12-dək nəzərdə tutulub.
Skott Munn bu il iyulun 13-dən fəaliyyətə başlayacaq.
52 yaşlı mütəxəssis 2023-2025-ci illərdə İngiltərənin “Tottenhem” klubunun direktoru olub.
Avstraliyada anadan olan Munn 10 il (2009-2019-cu illər) “Melburn” klubunda baş direktor işləyib. O, bundan sonra “Cty Football Group”un Çin nümayəndəliyinin baş direktoru kimi fəaliyyət göstərib.







