featured-image-37750

İngiltərə Premyer Liqasının 7-ci turunun “Tottenhem” – “Liverpul” (2:1) matçında VAR hakimləri Darren İnqland və Daniel Kuk cəzalandırılıb.

Msport.az xəbər verir ki, hakimlərin 8-ci turda İngiltərə Premyer Liqasının digər oyunlarının idarəçiliyinə cəlb olunmayacağı bildirilir. İnqland və Kukun “Nottinqem Forest” – “Brentford” və “Fulhem” – “Çelsi” oyunlarında təyinatı planlaşdırılırdı.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 7-ci turunda “Tottenhem”in “Liverpul”la qarşılaşmasında Mersisayd təmsilçisinin futbolçusu Luis Diazın vurduğu təmiz qol matçın baş hakimi tərəfindən nəzərə alınmayıb. VAR sistemi onu müəyyən etməyə kömək etməli idi, lakin qərara müdaxilə edilməyib.

Bənzər xəbərlər