featured-image-78071

“Tottenhem” “Borussiya Dortmund”un hücumçusu Seru Girassi ilə maraqlanır və komanda İngiltərə Premyer Liqasından düşməsə, qvineyalı futbolçunu transfer etməyə çalışacaq.

Msport.az xəbər verir ki, Seru Girassi 2024-cü ildən bəri “Borussiya”da oynayır.

Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 45 oyun keçirib, 21 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 40 milyon avrodur.

Premyer Liqanın 36 turundan sonra “Tottenhem” İngiltərənin yüksək liqasında 38 xalla 17-ci yerdədir.

Bənzər xəbərlər