"Tottenhem" Savinyonu transfer etdi - RƏSMİ
“Tottenhem” braziliyalı futbolçu Savinyonu transfer edib.
Msport.az xəbər verir ki, London klubu bu keçidə görə “Mançester Siti”yə 99 milyon avro ödəyəcək.
22 yaşlı vinger “şəhərlilər”in heyətində 84 oyunda 7 qol vurub. O, “Siti”də Liqa klubokunu və İngiltərə kubokunu qazanıb.
Savinyo 2024-cü ilin martında Braziliya millisində debüt edib. Yarımmüdafiəçi yığmada 13 oyunda 1 dəfə fərqlənib.







