“Trabzonspor” daha bir ulduz futbolçu ilə anlaşdı
“Trabzonspor” Muhammed Salahdan sonra daha bir məşhur futbolçunu transfer edir.
Msport.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Braziliya millisində 36 oyun keçirmiş Fabinyo ilə anlaşıb.
32 yaşlı futbolçu bir neçə saatdan sonra Trabzona gələrək rəsmi müqaviləyə imza atacaq.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Fabinyo son olaraq Səudiyyə Ərəbistanının “Əl İttihad” klubunda çıxış edib.
O, buna qədər “Monako”, “Liverpul” komandaların şərəfini qoruyub. Braziliyalı futbolçu “Liverpul”da 151 oyunda meydana çıxıb 8 qol vurub.







