featured-image-78664

“Trabzonspor”un ukraynalı futbolçusu Aleksandr Zubkov Yunanıstanın AEK komandasına transfer olunub.

Msport.az xəbər verir ki, Qara Dəniz klubu bu transferdən 4 milyon avro qazanacaq. Bundan başqa, 29 yaşlı vinger gələcəkdə başqa kluba satılarsa, məbləğin 10 faizi “Trabzonspor”a ödəniləcək.

Zubkov 2025-ci ildən Trabzon təmsilçisinin heyətində çıxış edirdi. O, buna qədər “Şaxtyor”, “Ferentsvaroş” “Mariupol” klublarının formasını geyinib.

Zubkob Ukrayna millisində 43 oyunda 3 qol vurub.

 

Bənzər xəbərlər