Tramp milli komandanın ilk oyununu izləyə bilməyəcək
ABŞ prezidenti Donald Tramp DÇ-2026-da milli komandanın Paraqvayla ilk oyununu stadiondan izləyə bilməyəcək.
Msport.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Mənbənin sözlərinə görə, ABŞ-nin rəsmi nümayəndə heyətinə dövlət katibi Marko Rubio başçılıq edəcək. Oyuna Paraqvay prezidenti Santyaqo Penya Palasiosun da gəlməsi gözlənilir.
ABŞ-Paraqvay matçı iyunun 13-də İnqlvuddakı “Soy Fay” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 05:00-da start götürəcək.







