featured-image-39468

Azər Məmmədovun istefasından sonra baş məşqçisiz qalan “Kəpəz” vaxtilə ölkəmizdə işləmiş Kaxaber Tsxadadze ilə danışıqlar aparıb.

Msport.az-ın əldə etdiyi məlumata görə, tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. Gəncə klubu 55 yaşlı mütəxəssisin maliyyə şərtlərini qarşılaya bilməyib. “Kəpəz” Gürcüstan millisinin sabiq baş məşqçisinə aylıq 5 min dollar əməkhaqqı verə biləcəyini bildirib. Lakin təcrübəli mütəxəssis daha çox maaş tələb etdiyindən danışıqlar uğursuz alınıb.

Xatırladaq ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qarabağ”a 1:7 hesabı ilə məğlub olduqdan sonra Azər Məmmədov istefa verib. Gəncə təmsilçisini noyabrın 10-da “Araz Naxçıvan”la səfərdə keçiriləcək qarşılaşmaya Məmmədovun köməkçisi olmuş Etibar İbrahimov çıxaracaq.

Bənzər xəbərlər