Tunis millisinin yeni baş məşqçisi açıqlandı - RƏSMİ
DÇ-2026-da mübarizə aparan Tunis yığmasının yeni baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb.
O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda İsveçə məğlubiyyətdən (1:5) dərhal sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı, həmçinin Fransanın qadınlardan ibarət millilərini də çalışdırıb.
Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti matçını iyunun 21-də Yaponiya yığmasına qarşı keçirəcək.







