"Qarabağ" 10 nəfərlə qalib gəldi - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Msport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.
Son çempion “Qarabağ” Qəbələdə eyniadlı komandanın qonağı olub. Qəbələ şəhər stadionunda oynanılan və FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesab erkən qolla açılıb. İkinci dəqiqədə Hamidu Keyta “köhlən atlar”ı önə keçirib. Cəmi doqquz dəqiqə sonra Nəriman Axundzadə qonaqların üstünlüyünü iki topa çatdırıb.
42-ci dəqiqədə “Qarabağ” meydanda azlıqda qalıb. Kevin Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyünə baxmayaraq, “Qəbələ” yalnız buraxılan qollardan birinin əvəzini çıxa bilib.
Lukas Afriko 75-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib. 89-cu dəqiqədə isə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov baş hakimin qərarına etiraz etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Dörd xalı olan “Qəbələ” isə sonuncu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Turan Tovuz”la qolsuz, “Zirə” “Neftçi” ilə 1:1, “Sabah” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Səbail” isə doğma meydanda “Araz-Naxçıvan”a qalib gəlib – 1:0.
Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ” – 1:2
Qollar: Lukas Afriko, 75 – Hamidu Keyta, 2. Nəriman Axundzadə, 11
Qırmızı vərəqə: Kevin Medina, 42. Qurban Qurbanov, 89 (hər ikisi “Qarabağ”)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
“Qarabağ”: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 18. Olavio Juninyo







