featured-image-78922

“Yuventus”un yarımmüdafiəçisi Kefren Türamın gələcəyi ilə bağlı yayılan transfer iddialarına aydınlıq gəlib.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Qalatasaray” maraqlansa da, fransalı yarımmüdafiəçi bu variantı nəzərdən keçirmir.

O, karyerasını Turin klubunda davam etdirmək niyyətindədir. Bununla belə, “Yuventus” rəhbərliyi futbolçunu satmaq qərarı verərsə, o, yalnız İngiltərə Premyer Liqasına keçidə razılıq verəcək.

Türam ötən mövsüm A Seriyasında 45 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər