"Turan" Balayevə təzminat ödəyəcək
Qazaxıstanın “Turan” klubu millimizin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.
Msport.az xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, FIFA-nın Mübahisələrin Həlli Palatasının məsələ ilə bağlı qərar qəbul etdiyini yazıb.
2022-ci ilin yayında müqavilənin ləğvindən sonra “Turan” Balayevə təzminat ödəməli olsa da, sonradan bundan imtina edib. Məhz bu səbəbdən FIFA-ya şikayət olunub.
Qeyd edək ki, hazırda “Neftçi”də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər “Turan”ın formasını geyinib.