featured-image-61644

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib.

Matçın taleyini 1 qol həll edib. Hayderson Hurtadonun 86-cı dəqiqədə vurduğu yeganə top “Turan Tovuz”a 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyətdən sonra xallarının sayını 39-a çatdıran tovuzlular 4-cü pillədə qərarlaşıb. İkinci yerdə olan “Araz-Naxçıvan” isə 44 xalda qalıb.

Qeyd edək ki, XXIII turun qalan görüşləri sabah baş tutacaq.

Bənzər xəbərlər