"Turan Tovuz"dan doğma meydanda əzmkar qələbə
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Msport.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Beş aylıq fasilədən sonra doğma meydana qayıdan Tovuz təmsilçisi çətinliklə qələbə qazanlb – 2:1. Kurban Berdıyevin komandası 45-ci dəqiqədə hesabda geri düşsə də, əzmkar qalibiyyət əldə edib.
2 noyabr (bazar)
Azərbaycan Premyer Liqası, 10-cu tur
16:00. “Turan Tovuz” – “Şamaxı” – 2:1
Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” – “Qəbələ”
1 noyabr (şənbə)
“Neftçi” – “Kəpəz” – 5:1
“Karvan-Yevlax” – “Zirə” – 2:3







